Şairə-publisist Simuzər Nüsrətbəyli (Baxşıyeva)

Azərbaycanın dilbər güşəsi – Lənkəran rayonunun Sütəmurdov kəndində ziyalı  ailəsində andan olub.  İlk üç kitabı “Baxışlı”  imzasıyla çap olunub.  Nüsrətbəyli təxəllüsü isə ata babası Nüsrət bəyin  adı ilə bağlıdır.  Ali  təhsillidir. 10 kitab müəllifi və 1999-cu ildən  Azərbaycan Yazıçılar Birliyin nəzdində yaratdığı  ”Şam” ədəbi məclisinin sədridir.  1997-ci ildən “Ədəbiyyat qəzeti” nin əməkdaşı, bu mətbuat orqanının xarici əlaqələr üzrə ədəbi  bölmənin müdiri vəzifəsində çalışıb. Azərbaycan Yazıçılar Birliyi və Jurnalistlər Birliyinin üzvü olan Simuzər Nüsrətbəyli 2000-ci ildə Azərbaycanda keçirilən ədəbi sənət müsabiqəsində şeir nominasiyası üzrə qalibi – ilin Şairi elan olunub.

Azərbaycan Respublikası Prezidentinin illik təqaüdçüsüdür, “Qızıl Qələm ” ədəbiyyat mükafatına layiq görülüb.

Ailəlidir, iki qızı, bir oğlu var. Hazırda Bakı şəhərində yaşayır, bədii yaradıcılıqla məşğuldur.

2003-cü ildə bir neçə Avropa ölkələrinə yaradıcılıq səyahətinə çıxmış, Hollandiyada, Almaniyada, Danimarkada, Polşada, Norveçdə olmuş və bir il İsveçin paytaxtı Stokholmda yaşamışdır. Bundan başqa Türkiyə, İran İslam Respublikası və Rusiya kimi ölkələri gəzmişdir.  



www.yysq.org   Kitabxna.net   www.yysq.org   Şair-publisit Fikrət Sadığın ədəbi-poetik saytı   www.firuza.net   www.evezsuleyman.net

© 2013-2014.  Portalın materiallarından istifadə zamanı www.SIMUZER.net-ə istinad etmək, müvafiq e-keçidin qoyulması vacibdir: e-kitab, əsər, yazı, şəkil və başqa materiallardan yararlanda onların surətini çıxarmaq üçün portal qurucularından, eləcə də müəlliflərdən icazə alınmalıdır. İznsiz materiallardan kommersiya məqsədilə istifadə qadağandır. "Müəllif və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının qanunu", eləcə də Beynəlxalq saziş və hüquqi sənədlərlə tənzimlənməyən əsərlər, digər materiallar Creative Commons Attribution/Share-Alike 3.0 və GFDL lisenziyaları şərtləri əsasında - dərcinə razılıq bildirildiyinə görə - yayımlanır. P.S. Reklam və bildirişlər sosial xarakterlidir.

Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru